Bağçada uşağı vuran tərbiyəçi bu maddə ilə işdən çıxarıldı
    • 14-01-2022, 11:50
    • 709

Bağçada uşağı vuran tərbiyəçi bu maddə ilə işdən çıxarıldı

Təhsil Nazirliyi İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağı vuran tərbiyəçi ilə bağlı açıqlama yayıb. 

Nazirlikdən News24.az-a verilən məlumatda bildirilib ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.

Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.