Bakı metrosunda işıqlar söndü - Həyəcanlı anlar
    • 25-06-2018, 12:18
    • 1 904

Bakı metrosunda işıqlar söndü - Həyəcanlı anlar

Bakı metrosunun "Gənclik" stansiyasında bu gün saat 09:30 radələrində işıqlar sönüb.

Həmin vaxt sözügedən stansiyada olan sərnişinlərdən biri məlumat verib. Bildirib ki, sərnişinlər həmin vaxt narahatlıq hissi yaşayıblar.
Məsələ ilə bağlı Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:

"Metropolitenə gələn elektrik xəttində gərginlik düşüb. Həmin anda işıqlar qəfil reaksiya verərək sönüb. Avtomatik olaraq ehtiyat mənbələr qoşulub. Problem təxminən 20-30 saniyə çəkib. Qatarın hərəkəti və sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb".


//Mətbuat.az