Ev sahibi kirayə verdiyi evə balta ilə gəlib hər şeyi dağıtdı – ŞOK GÖRÜNTÜLƏR
    • 14-01-2022, 17:35
    • 352

Ev sahibi kirayə verdiyi evə balta ilə gəlib hər şeyi dağıtdı – ŞOK GÖRÜNTÜLƏR

İstanbulda kirayəşinləri evindən çıxara bilməyən 92 yaşlı kişi evə balta ilə basqın edib.

News24.az-ın məlumatına görə, Naim A. adlı şəxs 2 ildir 1200 lirəyə kirayə verdiyi mənzilin boşaldılmasını tələb edib. Lakin Suriyadan olan ailə ev tapa bilmədiyini bildirərək mənzildən çıxmayıb.

Bundan sonra mənzil sahibi bazar qiymətlərinə uyğun olaraq mənzilin aylıq ödənişini 3 min lirəyə qaldırıb. Lakin suriyalı ailə artımı da qəbul etməyib və aylıq ödənişi verə bilməyəcəyini deyib. Bunu görən ev sahibi ötən gecə saat 11 radələrində balta götürərək Bayrampaşa məhəlləsində yerləşən 3 mərtəbəli binadakı mənzilinə gəlib. O, balta ilə evin qapısını, pəncərələri və şüşələrini sındırıb.

Faktla bağlı araşdırmalara başlanılıb.