ABŞ-da kimyəvi zavodda yanğın - VİDEO
    • 15-01-2022, 10:57
    • 378

ABŞ-da kimyəvi zavodda yanğın - VİDEO

ABŞ-ın Nyu Cersi ştatında güclü yanğın baş verib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Passaik şəhərində kimyəvi zavodunun anbarı yanıb. 

Hadisə şahidləri yanğının görüntülərini sosial şəbəkədə yayıblar.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar.

Şəhər meri anbarın yaxınlığında yaşayan hər kəsi evlərinin pəncərələrini bağlamağa çağırıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.