"Sumqayıt" Araz Abdullayevlə müqavilə imzaladı
    • 15-01-2022, 11:27
    • 382

"Sumqayıt" Araz Abdullayevlə müqavilə imzaladı

“Sumqayıt” dövrələrarası fasilədə daha bir futbolçunu heyətinə cəlb edib.

News24.az
xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Bildirilib ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış etmiş Araz Abdullayevlə 6 ay + 2 il şərti ilə müqavilə imzalanıb.

Araz Abdullayev komandada "78" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Araz Abdullayev son klubu olan “Etnikos”da meydana çıxdığı 12 qarşılaşmada 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı yarımmüdafiəçi “Neftçi”, “Panionios”, “Qəbələ”, “Anortosis”, “Qarabağ” və “Boluspor” kimi klubların uğurları üçün də çalışıb. Abdullayev U-17, U-19, U-21 və “A” milli komandamızın şərəfini qoruyub.