FHN 4 nəfəri xilas edib - Video
    • 15-01-2022, 13:27
    • 400

FHN 4 nəfəri xilas edib - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış və 4 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

News24.az
Nazirliyin saytına istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4 nəfər xilas edilib.

Həmçinin, Xətai rayonunda bağlı qapı arxasında 1959-cu il təvəllüdlü Hüseynova Gülnarə Mirzəağa qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.