Son sutkada 710 nəfər COVID-19-a yoluxdu, 13 nəfər vəfat etdi

Son sutkada 710 nəfər COVID-19-a yoluxdu, 13 nəfər vəfat etdi
SOSİAL

15-01-2022, 14:40

Mətn ölçüsü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 624 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 145 nəfər müalicə olunaraq sağalıb, 8 510 nəfər vəfat edib, aktiv xəstə sayı 8 263 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 150, ötən müddət ərzində isə ümumilikdə 5 997 160 test aparılıb.