Hərbi hissələrdə bölük komandirləri ilə təlim toplanışları keçirildi - VİDEO

Hərbi hissələrdə bölük komandirləri ilə təlim toplanışları keçirildi - VİDEO
GÜNDƏM / SİYASƏT

17-01-2022, 14:11

Mətn ölçüsü

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər.

Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir. 

YouTube