Bakıda görünməz hala düşən yol nişanı belə xilas edildi - FOTO
    • 17-01-2022, 17:53
    • 434

Bakıda görünməz hala düşən yol nişanı belə xilas edildi - FOTO

Bu gün saytımızda Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində ağac budaqlarının arasında qalmış yol nişanı ilə bağlı verdiyimiz xəbərə rəsmi qurumlar reaksiya verib.

News24.az
xəbər verir ki, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin işçi heyəti dərhal əraziyə cəlb edilib və budama işləri görülüb. Bundan sonra sürücülərin narahatlığına səbəb olan hal aradan qaldırılıb.       

Qeyd edək ki, həmin ərazidəki düzünə hərəkəti göstərən yol nişanı bir müddət idi ki ağac budaqlarının arasında görünməz olaraq qalmışdı. Bu da yolda sürücülərin çaşqınlığına, bəzi hallarda isə yol hərəkəti qaydalarını pozmasına səbəb olurdu.