"Elə məlumatlar var ki, onları ümümiyyətlə yaymaq olmaz" - DİN
    • 17-01-2022, 19:45
    • 527

"Elə məlumatlar var ki, onları ümümiyyətlə yaymaq olmaz" - DİN

Hər gün DİN Mətbuat Xidmətinə müxtəlif məzmunlu suallar ünvanlayırıq. Sual fərqli olur. Fərqli suallar olur ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev suallara verdiyi cavablarla sorğuları yönəldir. Görünür ki, hər şeyi danışmaq, yazmaq, tirajlamaq məqsədəuyğun hesab edilmir. 

News24.az-ın sorğusuna cavab olaraq, E.Hacıyev bildirib ki, jurnalistlərdə bəzən elə dəqiq informasiyalar olur ki, o məlumatları yaymaq, tirajlamaq insan həyatı, əməliyyat-axtarış, əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlərlə əlaqəli olur. Əksər vaxtlarda jurnalistləri həmin sualdan yayındırmağa, mahiyyəti üzrə məlumat verib informasiyanı tirajlamaqdan çəkindirməyə çalışırıq. 
Elə məlumatlar var ki, o məlumatları ümümiyyətlə yaymaq olmaz. Bəzən o məlumat bir insanın, bir ailənin, bir nəsilin həyatı ilə bağlı ola bilər. Onu da nəzərə alırıq ki, yayılan hər bir məlumat mətbuat səhifələrində arxivləşir. Xidmət sahəmiz spesfik olduğu üçün ağırdır. Təsadüfi deyil ki, polis ziddiyyət və maraqların kəsişdiyi ünvandır. Hər bildiyimizi, eşitdiyimizi, gördüyümüzü, oxuduğumuzu tirajlaya bilmərik. Inanırıq ki, jurnalist həmkarlarımız bizi anlayışla qarşılayır.