Ermənistan millisinin baş məşqçisinin avtomobili qarət olunub
    • 29-11-2018, 22:00
    • 760

Ermənistan millisinin baş məşqçisinin avtomobili qarət olunub

 Futbol üzrə Ermənistan milli komandasının baş məşqçisi Armen Gülbudaqyantsın avtomobili qarət olunub. 

Bu barədə Yerevan polisindən açıqlama verilib.
Bildirilir ki, naməlum şəxslər "Porsche Cayenne" markalı maşının ön fənərlərini oğurlayıblar. Avtomobil Ermənistan Futbol Federasiyasının balansındadır və onu Gülbudaqyants idarə edir. 
Qeyd edək ki, Armen Gülbudaqyants Ermənistan yığmasına oktyabrın 8-də baş məşqçi təyin olunub.

//Report