Siyəzən-Zarat dəmir yolu xəttindən bolt oğurlamaq istədilər
    • 18-01-2022, 10:57
    • 426

Siyəzən-Zarat dəmir yolu xəttindən bolt oğurlamaq istədilər

Siyəzəndə oğurluq etmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, yanvarın 16-da saat 23 radələrində Siyəzən rayonu ərazisində Siyəzən-Zarat dəmir yolu xəttindən 33 ədəd rels altlığı və 36 dəst boltu oğurlamağa cəhd göstərən Siyəzən rayon sakinləri M.Nadirov, İ.Məmmədov, əvvəllər məhkum olunmuş B.Məmmədov və oğlu S.Məmmədov DİN NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.