"20 Yanvar müstəqilliyə aparan yolunun başlanğıcı idi" - OMBUDSMAN
    • 20-01-2022, 11:57
    • 482

"20 Yanvar müstəqilliyə aparan yolunun başlanğıcı idi" - OMBUDSMAN

"20 Yanvar hadisəsi Azərbaycan xalqının müstəqilliyə aparan yolun başlanğıcı idi. Həmin gün qurban gedən şəhidlərimizin xatirəsini ehtiramla anırıq".

News24.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva deyib.

O, qeyd edib ki, xalqımızın başına gələn bu faciəyə yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət verildi.

"2020-ci ildə cənab Ali Baş Komandanın rəhbərliyi ilə əzəli torpaqlarımız işğaldan azad olundu. Tarixi ədalət bərpa edildi. Keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması üçün zəmin yaradıldı. Məlumdur ki, bu proses müəyyən səbəblərə görə ləngiyir. Çünki bütün ərazilər minalanıb. Dəfələrlə bu haqda bütün beynəlxalq qurumlara müraciət etmişik. Lakin təəssüflə demək istəyirəm ki, bu günədək ikili standartlar mövcuddur", - Ombudsman qeyd edib.