-
- 20-01-2022, 11:44
- 606
"Şamaxıda baxımsız qalmış uşaqlara dövlət lazım olan bütün dəstəyi göstərir”- OMBUDSMAN
“Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdiriliblər. Bakıya gətiriləndən dərhal sonra onlarla görüşmüşəm".
News24.az-ın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva deyib.
"Uşaqlara dövlət tərəfindən hər cür dəstək göstərilir. Tibbi müayinələrdən keçirilir, psixoloq müayinəsi aparılır”- Ombudsman bildirib.
Qeyd edək ki, Şamaxı rayonunun İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan 5 azyaşlı uşağın görüntüləri yayılıb.