Məktəb-Lisey Kompleksində əyani tədris yenidən bərpa olundu
    • 21-01-2022, 13:08
    • 298

Məktəb-Lisey Kompleksində əyani tədris yenidən bərpa olundu

Məktəb-Lisey Kompleksində əyani tədris yenidən bərpa olunub.

News24.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, məktəb-liseyin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb: "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur".