Restoranda karantin rejimini pozan 13 nəfər cərimələndi
    • 21-01-2022, 19:13
    • 343

Restoranda karantin rejimini pozan 13 nəfər cərimələndi

Qubada karantin rejimini pozduqlarına görə 13 nəfər barəsində ciddi tədbir görülüb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən restoran aşkarlanıb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektdə olan 12 nəfər müştəri və restoranın icarədarı Aid Xazrıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.