Qəbələ sakinindən qanunsuz ov tüfəngi götürüldü
    • 21-01-2022, 19:31
    • 471

Qəbələ sakinindən qanunsuz ov tüfəngi götürüldü

Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində Nic qəsəbə sakini Aleksandr Həsənovdan müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.