Mədəniyyət Nazirliyindən "Şuşa" adını "Buta" ilə əvəzləyən komanda ilə bağlı - AÇIQLAMA
    • 24-01-2022, 15:41
    • 823

Mədəniyyət Nazirliyindən "Şuşa" adını "Buta" ilə əvəzləyən komanda ilə bağlı - AÇIQLAMA

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi ilə bağlı müzakirələr bitmir. 

News24.az xəbər verir ki, artıq Mədəniyyə Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb.

Qurumdan bildirilib ki, komanda müsabiqəyə dövlət xətti ilə yollanmayıb: “Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, - nazirliyin mətbuata açıqlamasında deyilir.