“Köçə-köçdə yaman dəbə düşmüşəm” – Flora Kərimova
    • 30-11-2018, 11:06
    • 2 115

“Köçə-köçdə yaman dəbə düşmüşəm” – Flora Kərimova

Xalq artisti Flora Kərimova “Qaynana-2018” filminə çəkilməsindən danışıb.

News24.az xəbər verir ki, F.Kərimova 1978-ci ildə rejissor Hüseyn Seyidzadənin çəkdiyi və baş rolunu görkəmli aktrisa, mərhum xalq artisti Nəsibə Zeynalovanın canlandırdığı filmlə eyni adı daşıyan ekran işi haqda bunları deyib:

“Adımın Nəsibə xanım adının yanında çəkilməsinə ixtiyar yoxdur. Bu filmdə özümü bir qədər rahat hiss edirəm, çünki mövzu ayrıdır. Bu gündən bəhs edilir. Nəsibə xanım elə bir zirvədədir ki, heç cənnətdə də onun zirvəsinıə çatmaq mümkün deyil”.

O, sənətdə olduğu illər ərzində heç kimlə rəqabət aparmadığını da dilə gətirib:

“Mən heç vaxt cavanlarla, öz yaşıdlarımla rəqabətə girməmişəm.  Hətta cavan olanda da etməmişəm. Bu, Allahdan gələn bir şeydir. Mənə toxunan olmayanda mən də heç kimə dəyməmişəm. Şükürlər olsun ki, hələki cavab verməyə ağlım, səbrim var. Yerin bilən cavana analıq edə bilərəm”.

Flora Kərimova konsert verməməsinin səbəbini də açıqlayıb:

“Əvvəl istədim, mənə yiyə duran olmadı. İndi isə onlar təklif edirlər mən istəmirəm. Bir az naz edim.

Planımda konsert vermək yoxdur. Bu yaxınlarda haqqımda bədii-sənədli film çəkildi. Yanvar ayında təqdim olunacaq. Nə məsələdirsə köçə-köçdə yaman dəbə düşmüşəm”.

Teymur MƏMMƏDOV