Fərda:
    • 25-01-2022, 17:22
    • 2 874

Fərda: "Ruhunuzu qıdıqlayacağam"


Aktyor Fərda Amin çoxdandır gözlənilən "Selfinaz 2" adlı "Stand up" şousu ilə tamaşaçıları bir araya yığacaq.


News24.az xəbər verir ki, tamaşa, "Artlemma Film" tərəfindən həyatə keçiriləcək. Fərda Amin və Təvəkkül T. Mehrəliyevə aid olan ssenari 5 ilə ərsəyə gəlib. Yaradıcı heyətin sözünə görə, məhz “Selfinaz 2” də Azərbaycan "Stand up" dünyasında yeni bir mərhələ hesab ediləcək. Tamaşanın rejissorluğunu Təvəkkül T. Mehrəliyev, baş prodüserliyini isə Resan Mehrəliyev edəcək. 

Gülüşün onun üçün ən qiymətli duyğu olduğunu bildirən Fərda, baş tutacaq gecə ilə bağlı fikirlərini bölüşüb: "Mən də hamınız kimi Allahın əsəriyəm. "Selfinaz 2" bu əsərin yenilənmiş təqdimatıdır. Gülüşün dadı ürəkdən gülməkdə yox, ruhun gülməyidir. Ruhunuzu qıdıqlayacağam”.