21 nəfər toya buraxılmadı
    • 26-01-2022, 09:30
    • 268

21 nəfər toya buraxılmadı

Ötən gün toylara görə 2 nəfər cərimələnib, 21 nəfər şənliyə buraxılmayıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 25-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 94 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 93 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 21 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.