Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə AŞKARLANDI

Şamaxıda aktiv koronavirus xəstəsi ictimai yerdə AŞKARLANDI
HADİSƏ

28-01-2022, 16:20

Mətn ölçüsü

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, şəhər sakini Rahim Xəlilovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və bu barədə müvafiq səhiyyə qurumlarına məlumat verilib.

Rahim Xəlilov barəsində Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.