Hacıqabulda narkotik satan şəxslər saxlanıldı
    • 29-01-2022, 16:32
    • 412

Hacıqabulda narkotik satan şəxslər saxlanıldı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə Göyçay rayon sakini Tural Mustafayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 85 qram narkotik vasitə olan marixuana aşkar edilib.