Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı qəza törədib, 3 nəfər yaralanıb
    • 30-11-2018, 22:00
    • 815

Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı qəza törədib, 3 nəfər yaralanıb

Ermənistan Müdafiə Nazirliyinin tərkibindəki Hərbi Polisin əməkdaşlarının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər yaralanıb.

Hadisə Yerevan-Sevan-İcevan avtomobil yolunda olub.
Bildirilib ki, hərbi polisin əməkdaşının idarə etdiyi “Mercedes” markalı avtomobil çaya düşüb.
Yaralı halda olan sürücü, avtomobilin sərnişinləri - Açacur kəndinin 23 yaşlı sakini Araikl və 26 yaşlı icevanlı Karen T. xəstəxanaya yerləşdirilib.
Onların üçü də Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşlarıdır.
Hadisə ilə bağlı araşdırma aparılır. 

//Report