Beyləqan sakinindən silah və narkotik götürüldü
    • 1-02-2022, 10:59
    • 375

Beyləqan sakinindən silah və narkotik götürüldü

Beyləqan rayon sakinindən silah və narkotik vasitə götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Rahib Məmmədovun idarə etdiyi avtomobil saxlanılıb.

Avtomobilə baxış keçirilən zaman  1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, tapançaya məxsus 1 ədəd sandıqça və 3 ədəd patron, eləcə də 1 ədəd sellofan torbacıqda qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılaraq istintaq aparılır.