Şəhid övladı məktəbə direktor təyin olundu
    • 1-02-2022, 13:01
    • 479

Şəhid övladı məktəbə direktor təyin olundu

Şəhid ailə üzvü məktəb direktoru təyin olunub.

News24.az
xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. 

Əmrə əsasən Qubadlı şəhər B.Mehdiyev adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi Rəhminə Mehdiyeva Bəhmən qızı həmin  məktəbə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Mehdiyeva direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində 45 bal toplayaraq müsahibə mərhələsində uğur qazanıb. 

Rəhminə xanımın babası Mehdi Mehdiyev 1989-cu ildə ermənilər tərəfindən faciəli şəkildə qətlə yetirilib. R.Mehdiyevanın atası - Qubadlı rayon 2 nömrəli tam orta məktəbin tarix müəllimi Bəhmən Mehdiyev I Qarabağ müharibəsində  1992-ci il oktyabr ayının 26-da Ballıqaya ərazisində şəhid olub.