-
- 8-02-2022, 10:27
- 442
Bərdədə restoran sahibi həbs edildi
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında karantin rejiminin tələblərinin pozulduğu toy məclisi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayonun Mustafaağalı kəndində yerləşən “Ay-Ulduz” şadlıq sarayında keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkarlanıb.
Qeyd edilən qayda pozuntusu ilə əlaqədar restoranın sahibi Nəcəf Əzimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.