Heydər Əliyev Mərkəzində "Soprano" art qrupunun konserti keçirilib
    • 1-12-2018, 10:30
    • 938

Heydər Əliyev Mərkəzində "Soprano" art qrupunun konserti keçirilib

Heydər Əliyev Mərkəzində Rusiyanın xalq artisti Mixail Turetskinin "Soprano" art qrupunun konserti keçirilib.

Mərkəzdən verilən məlumata görə, tamaşaçıları Azərbaycan dilində salamlayan qrup üzvləri Bakıda ilk dəfə çıxış etdiklərini və bu axşam izləyicilərə gözəl musiqilər bəxş edəcəklərini bildiriblər.
Kollektiv konsertdəpeşəkar ifa, müxtəlif janrları əhatə edən rəngarəng proqram, sürprizlərlə zəngin şou təqdim edib.
Qeyd edək ki, "Soprano" Mixail Turetskinin unikal vokal layihəsidir – qadın səslərinin toplusudur. Art qrupda ən yüksək – koloratur sopranodan ən aşağı – mezzoyadək fərqli səslərə rast gəlmək mümkündür. Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər – klassika, pop, rok, folklor, caz daxildir. Qrup musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir.
"Soprano" bir sıra beynəlxalq idman tədbirlərinin-Soçidə keçirilmiş "Formula 1" Qran-pri yarışının, hər il keçirilən "Birinci kanalın kuboku" xokkey turnirinin və s. musiqili səfiri olub.
Muxail Turetskinin "Soprano" və "Turetski xoru" qrupları 2017-ci ildə bir sıra ölkələrdə "Qələbə mahnıları" adlı sülhməramlı aksiya təqdim edib. "Soprano" Pekində dünyanın ən böyük televiziya şoularından olan "Spring Festival Global Gala 2016"da çıxış edib və həmin efiri 1 milyard tamaşaçı izləyib.
Xatırladaq edək ki, oktyabrın 10-da Heydər Əliyev Mərkəzində, həmçinin "Turetski xoru"nun konserti olub. Anşlaqla keçən konsert böyük maraqla izlənib.