"Mugham" kolleksiyasından "Shushtar"ın video çarxı təqdim edildi - Video
    • 9-02-2022, 12:45
    • 617

"Mugham" kolleksiyasından "Shushtar"ın video çarxı təqdim edildi - Video

Fransada istehsal edilən Azərbaycanın milli parfümü “Mugham” kolleksiyasına "Shushtar"ın video çarxını təqdim edib. 

“Shushtar” sizi hər damlasında, hər toxunuşunda mavi səmanın, göy suların sonsuzluğuna aparacaq. Bu bənzərsiz qoxu sizə təravət və fərahlıq bəxş edəcək. Karamel, rom, darçın, tütün, səhləb və bal notlarını “Shushtar”da dinləyin. 

Qeyd edək ki, “Mugham” ətirləri nadir və davamlı xammaldan hazırlanaraq məhdud sayda satışa çıxarılır. Dizayn və qablaşdırma İngiltərədə, parfüm isə Fransada istehsal edilir. Muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan bənzərsiz “Mugham”ın Bakı ilə yanaşı, İstanbulun ən məşhur ərazilərindən birində - Nişantaşında da mağazası var.