Azərbaycanda həyat yoldaşı və 3 qızı ilə birgə evə qayıdan şəxs DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ
    • 9-02-2022, 13:29
    • 629

Azərbaycanda həyat yoldaşı və 3 qızı ilə birgə evə qayıdan şəxs DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ

Ötən ilin 21 sentyabr tarixində Quba rayonunun Amsar kəndində baş vermiş ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az-ın məlumatına görə, Quba rayon Məhkəməsində həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Vəli Vəliyevin (şərti) idarə etdiyi “Opel” markalı avtomobillə həmkəndlisi Pərviz Hüseynovu vurub öldürməsi faktı üzrə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış iş üzrə proses başa çatıb.

Quba rayon Məhkəməsi piyadanın ölümünə səbəb olan hadisəni törədən V.Vəliyevin 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və cəzasını məntəqə tipli müəssisədə çəkməyə məhkum edib.

Qeyd edək ki, hadisə sentyabrın 21-də axşam saat 19 radələrində Qubadan Rustov kəndinə gedən yolun Amsardan keçən hissəsində baş verib.

V.Vəliyev 3 qızı və həyat yoldaşı ilə Quba şəhərindəki aptekdən dərman alıb geri qayıdarkən idarə etdiyi “Opel Astra” markalı avtomobillə Pərvizi vurub. Həmin vaxt iti addımlarla yolu keçməyə çalışan piyada avtomobilin sürəti azaltmaması səbəbindən zərbəyə tuş gəlib. Ağır xəsarət alan Pərviz koma halında Quba Diaqnostika Mərkəzinə yerləşdirilib və 4 gün sonra komadan ayılmayaraq vəfat edib.