-
- 10-02-2022, 11:55
- 421
Bakıda həbs edilmiş FHN əməkdaşına hökm oxundu
Binəqədi rayon Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin inspektoru barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, Cəbrayıl rayon sakini, 1982-ci il təvəllüdlü Quliyev Elvinin tanışını yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verib, 2021-ci ilin fevralın 15-də 10 min manat məbləğində pulu alaraq öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə açılmış iş üzrə məhkəmə prosesində hökm oxunub.
Məhkəmə E.Quliyevin 4 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə və ona elektron nəzarət vasitəsinin tətbiq edilməsinə qərar verib.
Qeyd edək ki, ötən ilin avqust ayında həbs edilən E.Quliyev noyabrda ev dustaqlığına buraxılıb. Məhkmə onun dəymiş ziyanın bir hissəsini ödəməsini, evli, 3 azyaşlı uşaq atası olmasını, ilk dəfə cinayət törətməsini və sair nəzərə alaraq nisbətən yüngül cəza təyin edib.