Nazirliyin vəzifəli şəxsləri həbs edildi - Əmlakları dövlət hesabına müsadirə olundu
    • 11-02-2022, 16:30
    • 4 033

Nazirliyin vəzifəli şəxsləri həbs edildi - Əmlakları dövlət hesabına müsadirə olundu

Mədəniyyət Nazirliyi aparılmış maliyyə yoxlamalarına aydınlıq gətirib. 

Nazirlikdən News24.az-a verilən məlumata görə, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində 2021-ci ildə aparılmış yoxlama 01 yanvar 2006-ci il tarixindən 08 may 2020-ci il tarixədək olan dövrü əhatə edir.

Məlum olduğu kimi, Dövlət Təhlükəzilik Xidməti tərəfindən 2020-ci ilin 8 may tarixində Mədəniyyət Nazirliyində və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətində əməliyyat-istintaq tədbirləri həyata keçirilmiş, Nazirliyin və Xidmətin bəzi vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında şübhəli şəxs qismində saxlanılıb. 

Aparılmış istintaq tədbirləri nəticəsində Mədəniyyət Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlərinə əsasən həmin vəzifəli şəxslər azadlıqdan məhrum edilib və onların üzərində həbs qoyulmuş əmlakları dövlət hesabına müsadirə olunub.