Azərbaycanlı xanəndə vəfat etdi
    • 12-02-2022, 15:23
    • 856

Azərbaycanlı xanəndə vəfat etdi

Azərbaycanın muğam ifaçısı Əhməd Cəbrayılov vəfat edib.

News24.az
APA-ya istinadən xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkə hesablarında məlumat veriblər.

Qeyd edək ki, Əhməd Cəbrayılov ilk musiqi təhsilini Ağdamda Şahmalı Kürdoğlundan alıb. O, Birinci Qarabağ müharibəsində iştirak edərək yaralanıb.

Daha sonra Moskvaya köçüb və orada yaşayıb.