-
- 13-02-2022, 11:15
- 469
DİM bu gün iki imtahan keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup) və dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirir.
News24.az xəbər verir ki, hər iki imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edəcək.
Sınaq imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 18 binada təşkil olunub. İştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim edilib.
İmtahanda iştirak üçün 3212 abituriyent qeydiyyatdan keçib.
Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı isə kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub.
İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 462, BB qrupu üzrə 1238 olmaqla, ümumilikdə 1700 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 158 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

I qrup | II qrup | III qrup DT altqrupu | III qrup TC altqrupu | IV qrup |
Riyaziyyat | Riyaziyyat | Azərbaycan (rus) dili | Azərbaycan (rus) dili | Biologiya |
Fizika | Coğrafiya | Tarix | Tarix | Kimya |
Kimya | Tarix | Ədəbiyyat | Coğrafiya | Fizika |