Sumqayıtda qızını naqillə boğub öldürdürən ata SAXLANILDI - YENİLƏNDİ
    • 15-02-2022, 15:34
    • 500

Sumqayıtda qızını naqillə boğub öldürdürən ata SAXLANILDI - YENİLƏNDİ


Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilmişdir ki, fevralın 15-də Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 
Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

*** 14:17

Sumqayıtda qətl hadisəsi baş verib.

News24.az APA-ya istinadən məlumatına görə, hadisə şəhərin “Tuq zavod” yaşayış massivində qeydə alınıb. 

Belə ki, 1984-cü il təvəllüdlü Cəfərova Zəminə Salam qızı aralarında olan münaqişə zəminində atası tərəfindən naqillə boğularaq öldürülüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.

Qətli törətməkdə şübhəli bilinən ata saxlanılıb, faktla bağlı araşdırma aparılır.