Neftin qiyməti 5% artıb
    • 3-12-2018, 11:00
    • 1 765

Neftin qiyməti 5% artıb

ABŞ-la Çinin ticarət müharibəsində 90 günlük fasilə elan etməsi, Qətərin gələn ilin yanvar ayından OPEC üzvlüyünü tərk edəcəyi, OPEC-in bu həftəki görüşündə hasilatın azaldılması ilə bağlı qərar qəbul ediləcəyi ilə bağlı xəbərlərin ardından birjalarda neftin qiyməti sürətlə artmağa başlayıb.

Bakı vaxtı ilə saat 10:52-yə olan məluamat görə, "Brent" markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 4,73% artaraq 62,27 dollar/barel olub.
WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti isə bir barelə görə 5,11% artaraq 53,53 dollar təşkil edib.

//Report