Zəngilanın Ağalı kəndi nə zaman qazlaşdırılacaq?
    • 18-02-2022, 11:29
    • 679

Zəngilanın Ağalı kəndi nə zaman qazlaşdırılacaq?

"Bütün kommunal xidmətlər baş plana əsasən layihələndirilir. Ərazilərin qazlaşdırılması üçün ilk növbədə magistral qaz xəttləri çəkilməlidir. Zəngilanın Ağalı kəndi pilot layihədir. Magistral qaz xəttləri çəkildikən sonra Ağalı kəndi də qazlaşırılacaq".

News24.az-ın məlumatına görə, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.