Baş Prokurorluq Şirvanda arvadını öldürən şəxs barədə məlumat yaydı
    • 18-02-2022, 21:30
    • 508

Baş Prokurorluq Şirvanda arvadını öldürən şəxs barədə məlumat yaydı

Fevralın 18-də, saat 18 radələrində 1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Abıyev Elnur Mətləb oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə arvadı 1982-ci il təvəllüdlü Abıyeva Xəyalə Cabir qızına qoşa lüləli ov tüfəngi ilə 1 dəfə atəş açaraq hadisə yerindən qaçmış, sonuncuya tibb işçiləri tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-ın sorğuya cavab olaraq bildirilib ki, Elnur Abıyevin tutularaq istintaqa cəlb edilməsindən ötrü Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı E.Abıyev polis əməkdaşlarını gördükdə özündə olan qoşa lüləli ov tüfəngi ilə onlara atəş açmış, həmin vaxt polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilməklə onun hər iki ayaq nahiyəsinə atəş açılaraq hərəkət etməsinin qarşısı alınmaqla sonuncu saxlanılıb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.