"Boşanmalar qayınanaların uğurudur” - Vəkildən ŞOK AÇIQLAMALAR - VİDEOMÜSAHİBƏ
    • 22-02-2022, 17:42
    • 7 090

"Boşanmalar qayınanaların uğurudur” - Vəkildən ŞOK AÇIQLAMALAR - VİDEOMÜSAHİBƏ

Ailədaxili şiddət, qadın və uşaqlara qarşı zorakılıq, boşanmaların sayının pik həddə çatması son illərin aktual problemlərindəndir. Zaman-zaman maarifləndirici tədbirlərin görülməsinə, televiziyalarda bu mövzuda proqramlar hazırlanmasına, mətbuatda yazıların dərc olunmasına, tədbirlər həyata keçirilməsinə baxmayaraq, demək olar ki, heç bir müsbət nəticə əldə olunmur. 

Bəs, ailədaxili şiddətin və boşanmaların sayının artmasına səbəb nədir? Cəmiyyətimizdə boşanma niyə faciə kimi qarşılanır? 

News24.az-ın qonağı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,  Avropa İnsan Haqları Konvensiyası üzrə təlimçi Babək Həmidovdur. 
                              

B. Həmidov son günlər “Boşanma gününüzün 02.02.2022” və 22.02.2022 tarixlərdə olması üçün sifarişlər qəbul olunur” statusu ilə diqqətləri üzərinə çəkib. Onunla hər kəsi təəccübləndirən məlum statusundan, boşanmaların sayının artmasından və ailədaxili şiddətdən danışdıq.