-
- 3-12-2018, 16:26
- 954
Cinayət işi: tanınmış modelyer xəstəxanaya yerləşdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sahibkar, modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq etməkdə təqsirləndirilən Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş L.Əhmədovanın məhkəməyə gəlmədiyi elan olunub.
Hakim deyib ki, L.Əhmədova məhkəməyə ərizə ilə müraciət edib. O, səhhətində problem yarandığını, xəstəxanaya yerləşdirildiyini və məhkəmə iclasına gələ bilməyəcəyini qeyd edib .
Hakim M.Xankişiyev söyləyib ki, zərərçəkmiş şəxsin və ya nümayəndəsinin iştirakı olmadan proses aparıla bilməz.
Məhkəmə iclas dekabrın 12-dək təxirə salınıb.
Qeyd edək ki, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb.
L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: “Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb”.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma zamanı 3 nəfər - Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyev saxlanılıb.
Təqsirləndirilən şəxslərdən yalnız C.Eyvazovun barəsində həbs qətimkan tədbiri seçildiyi məlum olub. Digər iki şəxs isə ev dustaqlığındadır.
Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
//Report