“Mərmər soyuğu” filminin istehsalatı başa çatdı - FOTOLAR
    • 23-02-2022, 11:05
    • 733

“Mərmər soyuğu” filminin istehsalatı başa çatdı - FOTOLAR

Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filminin istehsalat prosesi başa çatıb. Hal-Hazırda filmin beynəlxalq festivallar üzrə distribusiyası həyata keçirilir. 

News24.az xəbər verir ki, film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır. 

Filmdə baş rolları Elşən Əsgərov, Natavan Abbaslı və Qurban İsmayılov ifa edirlər. Ekran əsərinin 2022-ci ilin ikinci yarısında tamaşaçıya təqdim edilməsi planlaşdırılır.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycanfilm” kinostudiyası, "İctimai TV”, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.