Azərbaycanlı deputatlar İrəvanda Göy Məsciddə -FOTO
    • 23-02-2022, 14:08
    • 528

Azərbaycanlı deputatlar İrəvanda Göy Məsciddə -FOTO

İrəvanda səfərdə olan millət vəkillərimiz Tahir Mirkişili və Soltan Məmmədov Göy məsciddə olublar.

News24.az Bu haqda deputat öz feysbuk səhifəsində yazıb: "Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir. Divarlarında başqa dövlətə aid yazılar olsa da, amma divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur!"