-
- 3-12-2018, 17:15
- 924
Litvalılar Milad yarmarkasında Azərbaycanın “Yallı” rəqsini ifa ediblər
Litvanın paytaxtı Vilnüsdə ölkənin Baş nazirinin xanımı Silviya Skvernelienenin himayəsi altında 16-cı beynəlxalq xeyriyyə yarmarkası keçirilib.
Vilnüs Ratuşasında keçirilən tədbirdə bu ölkədə fəaliyyət göstərən 35 xarici ölkənin səfirlik və diplomatik nümayəndəlikləri iştirak edib.
Azərbaycanın Litvadakı səfirliyi yarmarkada iki ayrı stend ilə təmsil olunub. Ratuşanın önündəki meydanda Vilnüs sakinlərinə və qonaqlara plov, Naxçıvan lavaşı, Şəki nabatı, paxlava və şəkərbura, Astara və Lənkəran çayları hədiyyə edilib. Ratuşanın ən böyük zalındakı Azərbaycan pavilyonunda isə ölkəmizdə istehsal olunan müxtəlif çeşidli meyvə şirələri, şərab növləri, ipək yaylıq və kəlağayılar, əl işləri xurcun və örtüklər, şirniyyat və qənnadı məmulatları, suvenir və hədiyyələr litvalıların və əcnəbi qonaqların böyük marağına səbəb olub.
Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev stendimizə yaxınlaşan Baş nazir Saulius Skvernielisə nümayiş olunan Azərbaycan məhsulları haqqında məlumat verib.
Razılığını və məmnuniyyətini ifadə edən Litvanın Baş naziri Azərbaycan təamlarından dadaraq, iştirakçılarla xatirə şəkli çəkdirib.
Yarmarka iştirakçılarına eyni zamanda, Kaunas şəhərində yaşayan gənclərimiz tərəfindən hazırlanan Azərbaycan musiqisi və rəqsindən ibarət xüsusi konsert proqramı təqdim edilib, “Sarı gəlin”, “Naz eləmə” və digər rəqslər ifa olunub. Tədbirdə iştirak edən litvalıların və diplomatik korpusun nümayəndələrinin birlikdə oynadıqları “Yallı” rəqsi böyük coşqu ilə qarşılanıb.
Yarmarka axşamı Vilnüs şəhər meri Remigiyus Şimaşius və Litvadakı diplomatik nümayəndəliklərin rəhbərlərinin iştirakı ilə Yeni il ağacı işıqlandırılıb, bununla da Milad ayına start verilib. Hər bir diplomat öz dilində vilnüslüləri salamlayıb. Tədbir Litva televiziyası ilə canlı yayımlanıb, yerli KİV-də geniş işıqlandırılıb.
//AZƏRTAC