-
- 24-02-2022, 15:52
- 1 634
Yerin təkinin istifadəyə verilməsi üzrə hərrac keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən martın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
News24.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda Abşeron rayonunda yerləşən “Güzdək muldası” əhəngdaşı yatağının 1.5 – 2 hektar, Qazaxda olan “Daş Salahlı” əhəngdaşı yatağının 0.6 - 1.2 hektar, Ağsuda yerləşən Girdimançay” qum-çınqıl yatağının isə müvafiq olaraq 5 hektar sahələri açıq hərraca çıxarılacaq.
Agentlik tərəfindən hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.