Sədaqətin dəyişimi olay yaratdı – FOTOSESSİYA
    • 24-02-2022, 18:32
    • 2 668

Sədaqətin dəyişimi olay yaratdı – FOTOSESSİYA

Aparıcı-təşkilatçı Sədaqət Rəşidqızı son günlər yeni fotosessiyaları ilə gündəmdən düşmür.

News24.az-ın məlumatına görə, aparıcı bu dəfə fərqli tərzdə fotokamera qarşısına keçib. Furaşka ilə diqqət çəkən Rəşidqızının stili üzərində modelyer Şəlalə Maqsudova və “make up” ustası Venera İbrahimova çalışıb. Fotoların müəllifi isə Ruslan Teymurfulatovdur. 

Qeyd edək ki, "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə ənənəvi olaraq "İlin işgüzar xanımı" Müstəqil Milli Mükafatının təltifetmə mərasimi və “Mister & Miss Kids” uşaq model yarışmasının final mərhələsi Novruz Bayramında olacaq. Tədbirlərin aparıcılıq missiyasını Sədaqət Rəşidqızı həyata keçirəcək.