Azərbaycanda yas yerinə odun aparanlar dəhşət yaşadı – Ölən var
    • 25-02-2022, 14:10
    • 912

Azərbaycanda yas yerinə odun aparanlar dəhşət yaşadı – Ölən var

Ötən il oktyabrın 28-də İsmayıllı rayonunun Quşencə kəndi ərazisində meşə sahəsində baş vermiş bədbəxt hadisə ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosei keçirilib.

News24.az-ın məlumatına görə, kənd sakini, 1974-cü il təvəllüdlü Cəbiyev İmran Niyazi oğlunun həmyerlisi Teymur Mütəllimova məxsus "QAZ 53" markalı yük avtomobilində olarkən yıxılaraq ölməsi faktlna görə Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) odun yığarkən 3 metr hündürlükdən yerə yıxılıb. Baş və boyun nahiyəsindən ağır xəsarətlər alan  maddəsi ilə açılmış işin yekununda  sürücü 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tiöli müəssisədə çəkməsinə qərar verilib.

Bildirilib ki, hadisə vaxtı T.Mütəllimv bibisinin yas mərasimində istifadə edilməsi üçün odun toplamaq məqsədilə yük maşını ilə meşəyə gedib. İmran və digər 2 nəfər də kömək məqsədilə ona qoşulub. Onlar meşədə odun yığıb qayıdarkən yük maşını çayda ilişib və hərəkətində problem yaranıb. Digər 2 nəfər kuzadan yerə düşüb piyada hərəkət etsə də, İmran maşının yük yerindən düşməyib. Bu zaman o, hündürlükdən yerə yıxılıb və ağır xəsarət alıb. Tanışlarının köməkliyi ilə digər avtomobil vasitəsilə xəstəxanaya aparılan İmran Cəbiyev yolda ölüb.