Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı
    • 25-02-2022, 14:11
    • 702

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

"2022-ci il ərzində keçiriləcək imtahanların tarixləri Nazirlər Kabineti yanında Operativ Qərargahla da razılaşdırılıb və hər hansı gözlənilməz dəyişiklik olmazsa, imtahanlar təqdim olunan qrafik əsasında keçiriləcək".

News24.az xəbər verir ki, bunu  Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə 2022-ci ildə olan imtahanlar, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur: "III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər".