-
- 26-02-2022, 11:45
- 1 963
Qəbələdə dəhşətli hadisə - Mühafizə rəisi öldü
Qəbələ rayon Məhkəməsində ötən il sentyabrın 29-da Qəbələ şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə proses keçirilib.
News24.az-ın məlumatına görə, “VAZ 21099” və “Mercedes 190” markalı avtomobillərin toqquşması və nəticədə 1 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə açılmış iş üzrə hökm oxunub. Hökmə əsasən “VAZ 21099”un sürücüsü, 1974-cü il təvəllüdlü Cavanşir Qubadov 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və cəzasını məntəqə tipli müəsisədə çəkməyə məhkum edilib.
Bildirilib ki, hadisə vaxtı Cavanşir özünə məxsus olan avtomobillə rayonun Tüntül kəndindən Qəbələ bazarına meyvə satmağa gəlib. O, səhər saat 8 radələrində yolüstü həmkəndlisi, Qəbələdəki zavodda mühafizə rəisi işləyən İbrahim Niyazioğlunu götürüb. İbrahim iş yerinin qarşısına çatdıqda avtomobil qəfil dayanıb və yolda hərəkətdə olan “Mercedes” sürüşərək onlara çırpılıb. Nəticədə İbrahim ağır xəsarət alıb və Bakıdakı xəstəxanaya gətirilib. 20 günə yaxın müalicə alsa da, o vəfat edib.