-
- 26-02-2022, 12:25
- 2 260
“Türkiyənin Azərbaycana dəstəyi davam edəcək” - Cahit Bağçı
“Türkiyə Azərbaycanın haqq savaşına dəstək verdi və bu dəstək yenə davam edəcək. Bu günə qədər də 4000-ə yaxın Azərbaycan vətəndaşı itkin düşüb”.
News24.az-ın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar jurnalsitlərə açıqlamasında bildirib.
O, eyni zamanda Ermənistanın Xocalıda törətdiyi soyqırımdan danışıb. Bağçı qeyd edib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda vəhşiliyə imza atıblar.
Bağçı əlavə edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə işğalda olan torpaqlarını azad edib və bu işdə Türkiyə Azərbaycana siyasi dəstək verib: “Türkiyə Azərbaycanın haqq savaşına dəstək verdi və bu dəstək yenə davam edəcək. Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik səviyyəsindədir”.
Məhərrəm Əliyev
Foto:Teymur Məmmədov