Peyvənd olunanların sayı açıqlandı
    • 2-03-2022, 17:49
    • 1 463

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 33 853 vaksin vurulub.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 948, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 800, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 28 376, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 729 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 051 721, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 302 581, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 788 753, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 752 545, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 207 842 nəfər təşkil edir.